18 yaşlı oğlan nənəsini niyə öldürdü?


Digərləri 10 Yan 2018 16:12:00 270 1

18 yaşlı oğlan nənəsini niyə öldürdü?

Dünən Abşeron rayonu, Saray qəsəbəsində baş vermiş qətllə bağlı bəzi məqamlar üzə çıxıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Muradov Nihat Nicat oğlunun nənəsi, 1951-ci il təvəllüdlü Seyidəliyeva Xədicəbəyim Məhəmməd qızını tamah məqsədi ilə öldürdüyü məlum olub. Nənəsinin tək olmasından istifadə edən Nihat evə daxil olub və bıçaqla ona zərbələr endirib. Qadının öldüyünə əmin olandan sonra o, evdən qızıl-zinət əşyalarını götürərək qaçıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 18 yaşlı N.Muradov tutulub.