BDU imtahan sessiyasında “Açıq qapı” günü keçirib (FOTO)


Digərləri 10 Yan 2018 15:53:00 266 0

BDU imtahan sessiyasında “Açıq qapı” günü keçirib (FOTO)

2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında “Açıq qapı” günü keçirilib.

Bakı. Bu gün Bakı Dövlət Universiteti (BDU) rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında “Açıq qapı” günü keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, əvvəlcə müəllim-koordinatorların bölgüsünə qatılan müşahidəçilər imtahanların gedişini universitetin Tədris Elektron Mərkəzindən izlədikdən sonra auditoriyalarda olublar. “Açıq qapı” günü iştirakçıları imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla bərabər hər auditoriyada müəllim-koordinatorların nəzarət etməsini, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini yüksək qiymətləndiriblər. Sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmovla görüşən müşahidəçilər imtahan prosesinin təşkilindən və keçirilməsindən, öz biliklərini ifadə etmək üçün tələbələrə yaradılan şəraitdən məmnunluq ifadə edib, obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.