Azərbaycanda 9 şirkət Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verdi


Digərləri 10 Yan 2018 15:40:00 303 0

Azərbaycanda 9 şirkət Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verdi

Azərbaycanda 9 şirkət və bir fiziki şəxs Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

Son.az APA-ya istinadən xəbər verir ki, "Naviqator Mobil Servises", "Retail Solutions", "Azəri-Türk LTD", "Azerbaijan Steel Supply", "Transport-Servis LTD", "Effekt-M", "Nicat-Nəzrin", "Kraun" MMC-lər və "Azəraqrartikinti" ASC-nin "Aqrartikintiservis" firması iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddia üzrə işin mahiyyətini inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr təşkil edir.

Bu şirkətlərlə yanaşı, fiziki şəxs - Azəri Yusifzadə də eyni iddia ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.  

Bu iddialar üzrə məhkəmə prosesləri davam edir.