Kamerunlu futbolçu "Keşlə"də


İdman 10 Yan 2018 15:49:00 238 0

Kamerunlu futbolçu "Keşlə"də

Çempionatın ikinci yarısına hazırlığı davam etdirən “Keşlə”nin düşərgəsinə daha bir futbolçu qoşulub.

Bxışa dəvət olunan kamerunlu yarımmüdafiəçi Herve Tçami artıq ölkəmizdədir. 

O, paytaxt klubunun dünənki axşam məşqində iştirak edib. Tçaminin "Keşlə”də qalıb-qalmayacağı baxış müddətində özünü necə göstərməsindən asılıdı. Baş məşqçi Yuri Maksimov düşərgədə olan Məhəmməd Qurbanov və İdris Musluyev kimi, Tçami haqda yekun qərarı da bir neçə gündən sonra açıqlayacaq. 30 yaşlı cinah yarımmüdafiəçisi ukraynalı mütəxəssisin etimadını qazana bilsə, onunla müqavilə imzalanacaq.