Türkmüsəlmanlara qarşı soyqırımlarla bağlı beynəlxalq konfrans keçiriləcək


Digərləri 10 Yan 2018 15:35:00 295 0

Türkmüsəlmanlara qarşı soyqırımlarla bağlı beynəlxalq konfrans keçiriləcək

İştirak etmək istəyənlər Təşkilat Komitəsinə müraciət edə bilər.

"XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda V Beynəlxalq elmi konfrans keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda V Beynəlxalq elmi konfrans keçiriləcək.

Tarix İnstitutundan Son.az-a verilən məlumata görə, 11-15 aprel tarixlərində keçiriləcək beynəlxalq konfransda "XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları", "1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları", "XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar" bölmələr üzrə məruzələr dinləniləcək.

Konfransın materialları çap olunacaq və iştirakçılara paylanılacaq. Məqalələr    (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) fevralın 15-dək Təşkilat Komitəsinə göndərilməlidir.

Məqalələrin həcmi 8-10 səhifədən artıq olmamalı və elektron variant bu e-mail ünvanlarına göndərilməlidir: [email protected][email protected]


Xəbərə aid foto