Türkiyə alimi: “Nuh peyğəmbər mobil telefonla oğluna zəng edib” VİDEO FOTO


Dünya 10 Yan 2018 15:22:00 337 0

Türkiyə alimi: “Nuh peyğəmbər mobil telefonla oğluna zəng edib”  VİDEO  FOTO

Türkiyəli akademik Yavuz Örnek Nuh peyğəmbərlə bağlı qəribə iddia ilə çıxış edib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, İstanbul Universitetinin Dənizçilik fakültəsinin elmi işçisi olan Y. Örnek rəsmi dövlət telekanalı olan TRT-də canlı yayıma qatılaraq Nuh peyğəmbərin ona inanmayıb gəmiyə minməkdən imtina edən oğlunu yola gətirmək üçün böyük fəlakətdən əvvəl mobil telefonla zəng etdiyini bildirib.

"Nuh peyğəmbərin yaşadığı zamanda günümüzdən daha inkişaf etmiş texnologiya var idi. Mən bir elm adamı kimi bunları sübut edə bilərəm. Nuh peyğəmbərin oğlu ona inanmırdı. Buna görə də gəmiyə minməkdən imtina etmişdi. Nəticədə o, oğlunu yola gətirmək üçün ona mobil telefonla zəng etdi", - deyə akademik bildirib.

Örnek həmçinin Nuhun gəmisinin nüvə enerjisi ilə işlədiyini də iddia edib. Onun sözlərinə görə, 10 min il əvvəl Nuh peyğəmbər 400 metrlik dalğaların zərbələrinin qarşısını almaq üçün gəmini poladdan hazırlayıb. O, gəmini işə salmaq üçünsə, nüvə enerjisindən istifadə edib.


Xəbərə aid video