İsveç klubu “Qarabağ”ın futbolçusu ilə maraqlanır


İdman 10 Yan 2018 15:27:00 260 0

İsveç klubu “Qarabağ”ın futbolçusu ilə maraqlanır

“Qarabağ”ın futbolçusu Tarik Elyunussi karyerasını İsveçin AİK klubunda davam etdirə bilər.

Goal.az xəbər verir ki, Stokholm təmsilçisi Norveç yığmasının 30 yaşlı yarımmüdafiəçisinin xidmətində maraqlıdır. Artıq AİK rəsmiləri Mərakeş əsilli futbolçunun müqavilə ilə məxsus olduğu Yunanıstan “Olimpiakos”u ilə danışıqlara başlayıblar. İsveçrə təmsilçisi Elyunussini transfer etmək, bu baş tutmayacağı təqdirdə isə icarəyə götürmək istəyir.

Qeyd edək ki, “Qarabağ”ın yay fasiləsində 1 illik icarəyə götürdüyü Tarik Elyunussi cari mövsümdə 8 oyunda meydana çıxıb. O, geridə qalan müddətdə əsas heyət üzvünə çevrilə bilməyib.