Uqo Barqasdan vida sözləri


İdman 10 Yan 2018 15:08:00 271 0

Uqo Barqasdan vida sözləri

Yanvarın 9-da "Neftçi"dən Boliviyanın “Bluminq” klubuna transfer olan Uqo Barqas komanda ilə vidalaşıb. Goal.az xəbər verir ki, Argentina əsilli fransız futbolçu sosial şəbəkədəki hesabında bunları qeyd edib:

 “Neftçi”də oynadığım üçün çox xoşbəxtəm. Artıq getmək vaxtı idi. Belə şeylər futbolun bir hissəsidir. Komanda yoldaşlarıma ən yaxşı arzularımı çatdırıram. Ümid edirəm ki, onlar qollar vuraraq, hədəfə çatarlar. Həmişə “Neftçi” üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışdım”.

2017-ci ilni yanvarından "Neftçi"də çıxış edən 31 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 13 oyuna 3 qol vurub.