Portuqal məşqçi "Dakar" rallisində qəzaya düşüb


İdman 10 Yan 2018 14:30:00 288 0

Portuqal məşqçi "Dakar" rallisində qəzaya düşüb

Portuqaliyalı məşqçi Andre Villaş-Boaş iştirak etdiyi "Dakar” rallisində qəzaya düşüb. Goal.az xəbər verir ki, "Overdrive” komandasının üzvü olan 41 yaşlı mütəxəssis ralli-marafonunun IV mərhələsində xoşagəlməz halla üzləşib. Onun idarə etdiyi “Toyota” təyin edilmiş məsafənin 165 metrliyində qumda qalıb. Avtomobil və ekipaj üzvləri helikopterin köməyi ilə evakuasiya olunublar. Villaş-Boaş kürək nahiyəsində ağrılar olduğu üçün xəstəxanaya yerləşirilsə də, həyatı üçün təhlükə yoxdur.

Andre Villaş-Boaş karyerası ərzində Portuqaliyanın "Porto", Rusiyanın "Zenit", İngiltərənin "Chelsea" və "Tottenham" komandalarının baş məşqçisi olub. Bir müddət əvvəl Çinin "Shanghai Shenhua” klubundan ayrılan mütəxəssis hazırda işsizdir.