Deputat: Bütün faktlar təsdiq edir ki, 20 Yanvar faciəsi əvvəlcədən planlaşdırılmışdı


Digərləri 10 Yan 2018 14:21:33 247 0

Deputat: Bütün faktlar təsdiq edir ki, 20 Yanvar faciəsi əvvəlcədən planlaşdırılmışdı

Bütün faktlar təsdiq edir ki, Azərbaycan xalqına qarşı törədilən 20 Yanvar faciəsi əvvəlcədən planlaşdırılmışdı.

Bakı. Elçin Mehdiyev - Bütün faktlar təsdiq edir ki, Azərbaycan xalqına qarşı törədilən 20 Yanvar faciəsi əvvəlcədən planlaşdırılmışdı. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva deyib. 20 yanvar hadisələrindən 28 il ötdüyünü xatırladan G.Baxşəliyeva vurğulayıb ki, 20 yanvar faciəsi böyük imperiyanın Azərbaycan xalqına qarşı silahlı təcavüzü idi: “Çox böyük faciə baş verdi və istər keçmiş SSRİ-nin rəhbərliyi, istərsə də o zamankı Azərbaycan rəhbərliyi bu faciəyə görə, məsuliyyət daşıyır. Azərbaycana silahlı qüvvələrin yeridilməsi və digər bütün faktlar təsdiq edir ki, 20 yanvar faciəsi əvvəlcədən planlaşdırılmışdı. Bu faciəni törətməkdə məqsəd Azərbaycan xalqının azadlıq ruhunu, istiqlaliyyəti uğrunda apardığı mübarizəni sındırmaq idi. Ancaq həmin çirkin məqsədli qüvvələr öz istəklərinə nail ola bilmədilər”.