Qardaş taksi sürücüsünə boşanmış bacısını təklif etdi


Digərləri 10 Yan 2018 14:05:00 240 0

Qardaş taksi sürücüsünə boşanmış bacısını təklif etdi

Ötən gün 30 illik həyat yoldaşına xəyanət edən 63 yaşlı taksi sürücüsü Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə müraciət edib.

Son.az goldnews.az-a istinadən xəbər verir ki, Cəmil adlı taksi sürücüsünün başına gələnlər hər kəsi təəccübləndirib. O, özündən 20 yaş kiçik qadın tərəfindən aldadıldığını və bunun nəticəsində də uşağının dünyaya gəldiyini söyləyib. 63 yaşı kişi həmin qadın tərəfindən internat evinə verilən oğlunun axtarışına çıxdığını bildirib.

"10 il bundan əvvəl bir nəfər şəxsi hava yağışlı olduğu üçün yazığım gəlib maşınımla evinə apardım. Həmin oğlan məndən nömrəmi istədi, mən də verdim. Bir müddət sonra məni evlərinə dəvət edib bacısı ilə tanış elədi və bildirdi ki, bacısı ilə birlikdə yaşamağımı istəyir. Mən əvvəlcə razılşamadım. Sonra qadın məndən əl çəkmədi. Hətta birlikdə yaşamağımız üçün ev də kirayələdi. Bundan sonra biz onunla birlikdə yaşamağa başladıq və bir oğlumuz dünyaya gəldi".