Azərbaycanda bu siqaretlər ucuzlaşdı FOTO
Digərləri 10 Yan 2018 14:07:13 270 0
Bakıda bəzi siqaretlərin qiyməti ucuzlaşıb.
Son.az azvision.az-a istinadən xəbər verir ki, "Vest Kompakt" və "Rothmans" siqaretləri bu gündən etibarən 30 qəpik ucuzlaşıb. Bundan əvvəl 1.80 manata satılan siqaretlər indi 1.50 manata müştərilərə təklif olunur.
Əməkdaşımız paytaxtın bir neçə mağazasında müşahidə aparıb. Satıcılar siqaretin ucuzlaşmasını təsdiq ediblər. Bunun hansı səbəbdən olduğu bilinməsə də, digər markalı siqaretlərin də yaxın günlərdə ucuzlaşacağı gözlənilir.
Mənbə: milli.az