Gürcüstanın Azərbaycandakı ilk səfiri vəfat etdi


Dünya 10 Yan 2018 13:51:00 218 0

Gürcüstanın Azərbaycandakı ilk səfiri vəfat etdi

Gürcüstanın Azərbaycanda ilk səfiri olmuş Giorgi Çanturiya uzun sürən xəstəlikdən sonra vəfat edib. 

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə G.Çanturiyanın qohumları bildirib.

G. Çanturiya 1957-ci ildə anadan olub. O, müxtəlif dövlət vəzifələrində çalışıb. 1992-1993-cü illərdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə və İsraildə diplomatik missiyalarda fəaliyyət göstərib.

1993-cü ildə Gürcüstan prezidentinin beynəxalq məsələlər üzrə müşaviri, 1994-1996-cı illərdə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, 1996-cı ildən etibarən prezidentin xüsusi elçisi və Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti olub.