"Chelsea"də yeni müqavilə


İdman 10 Yan 2018 13:52:00 216 0

"Chelsea"də yeni müqavilə

"Chelsea" danimarkalı müdafiəçi Andreas Kristensenin müqavilə müddətini artırıb. Goal.az xəbər verir ki, 21 yaşlı futbolçunun "zadəganlar"la yeni anlaşması 2022-ci ilin yayına kimi qüvvədə olacaq.

"Gələcəkdə "Chelsea"nin bir hissəsi olmaqdan xoşbəxtəm. Klubda özümü yaxşı hiss edirəm, bir çox oyunlara çıxmışam. Hər şey yaxşı gedir" - Kristensen deyib.

O, 2012-ci ildə "Bronby"dən London klubuna transfer olunub. "Chelsea"nin əvəzedici komandası ilə 2014-cü ildə İngiltərə çempionu və kubokun qalibi, 2015-ci ildə isə UEFA Gənclər Liqasının çempionu olub. Gənc müdafiəçi bir müddət icarə əsasında "Borussia Munchengladbach"ın da şərəfini qoruyub.