Bakı metrosunda özünü öldürən müğənninin SON SÖZLƏRİ


Digərləri 10 Yan 2018 13:40:00 234 0

Bakı metrosunda özünü öldürən müğənninin SON SÖZLƏRİ

Bakıda Metrosunun "Ulduz" stansiyasında intihar edən gənc müğənni Rəşad Mustafazadənin ölümü ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Son.az xəbər verir ki, ərhumun iş yoldaşı və ailə yaxınının publika.az-a verdiyi məlumata görə, Rəşad Mustafazadənin ciddi psixi problemləri olub:

"Biz onunla və ailəsi ilə çox yaxın idik. Ailədə dörd uşaq olublar - iki qardaş, iki bacı. Biz üç dost birlikdə "Glamour Center MMC"-də çalışırdıq. Ayın 7-si tur təşkil etmişdik. Birlikdə deyə-gülə getdik, gəldik. Yəni onun əhvalında heç bir ciddi dəyişiklik hiss etməmişdik. Elə olsa, heç onu tək qoymazdıq. Rəşad həyat dolu insan idi. İnanırsız, o, yaşının az olmasına baxmayaraq, hər bayramda imkansız ailələrə yardım edirdi. Onun nə qədər diplomları, medalları var. Çox savadlı oğlan idi. "Glamour Center MMC" adlı kiçik turizm şirkəti quranda ortaqları ilə müəyyən maliyyə problemi yaşamışdı. Bütün bunlara baxmayaraq, o gördüyü işdən məmnun idi. Heç kimin ağlına belə gəlməyib ki, o, belə bir addım ata bilər. Bu hadisədən sonra bizə dedilər ki, bəs onun ciddi psixi problemləri olub. Bir müddət xəstəxanada yatıb. Lakin sonra müalicədən imtina edib. Ailəsi də bu vəziyyətin belə dərinləşəcəyini təxmin etmədiyi üçün çox üstünə düşməyib".

O bildirib ki, Rəşad ailəsi ilə birlikdə Yeni Gəncə qəsəbəsində yaşayıb. Saat 12-13 radələrində evdən çıxıb və sonra da bu hadisənin baş verdiyini eşidiblər: