Müəllimi təhqir edib, rüşvət istəyən direktorun şok AUDİO


Digərləri 10 Yan 2018 12:50:00 253 0

Müəllimi təhqir edib, rüşvət istəyən direktorun şok  AUDİO

Bu səs yazısı Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin pedaqoji şurasının iclasında yazılıb.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, səsi ucadan gələrək müəllimlərdən pul tələb edən isə məktəbin direktoru Lətif Seyfullayevdir. O, hər müəllimdən 50 manat tələb edir. Sonra rüşvət vermək istəməyən Azad Dadaşov adlı müəllimi təhqir edir, daha sonra bütün müəllimləri "kişiliyiniz çatmır?" sözlərilə təhqir edərək iş yoldaşlarından Azad müəllimin "torbasını tikməyi" tələb edir.