Prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib


Siyasət 10 Yan 2018 12:33:20 252 0

Prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib

Dövlət başçısı il ərzində bununla əlaqədar həm Azərbaycanda, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib

Prezident İlham Əliyev 2018-ci ili ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

"Report" xəbər verir ki, dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm Azərbaycanda, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.