“İmtahanların vaxtı gələn həftə elan ediləcək”


Digərləri 10 Yan 2018 12:27:00 291 0

“İmtahanların vaxtı gələn həftə elan ediləcək”

Builki qəbul və buraxılış imtahanlarının, o cümlədən müxtəlif növ sınaq imtahanlarının tarixləri Dövlət İmtahan Mərkəzində (DİM) müzakirə olunub.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu məsələ ilə əlaqədar müvafiq orqanlarla razılaşmalar aparılır: "İmtahanlar kütləvi tədbirlər sayılır. İmtahan günlərində ölkədə başqa kütləvi tədbirlərin keçirilməsi müəyyən çətinliklər yaradır. Buna görə də aidiyyəti orqanlarla müzakirələr aparılır. Yəqin ki, gələn həftə 3 aylıq imtahan təqvimini, imtahan tarixlərini elan edəcəyik".