PROKON şirkəti "SOCAR Polymer" üçün anbar tikintisini başa çatdırıb


Digərləri 10 Yan 2018 12:26:18 317 0

PROKON şirkəti "SOCAR Polymer" üçün anbar tikintisini başa çatdırıb

PROKON şirkəti “SOCAR Polymer” üçün layihəni uğurla həyata keçirib.

Bakı. PROKON şirkəti “SOCAR Polymer” üçün Polipropilen/Yüksək sıxlıqlı polietilen istehsalı layihəsi çərçivəsində son məhsul anbarının mühəndis-layihələndirmə, təchizat və tikinti işlərini uğurla bitirib. Sumqayıtda Polipropilen və Yüksək sıxlıqlı polietilen istehsalı zavodunun şərq hissəsində yerləşən son məhsul anbarı ölçüsü 84 x 176 m. və daxili minimum hündürlüyü 6 m. olmaqla istehsal olunmuş hazır məhsulların saxlanılması üçün nəzərdə tutulub. Bu layihəyə 2016-cı ilin avqust ayında başlanılıb və layihə mühəndis-layihələndirmə, təchizat, tikinti, metal konstruksiyaların hazırlanması və quraşdırılması, habelə yerli hakimiyyət orqanlarından müvafiq icazələrin alınmasını əhatə edib. Layihə üzrə aparılmış işlər çərçivəsində PROKON şirkəti mühəndislik, torpaq işləri, söküntü işləri, suyun kənarlaşdırılması və qoruyucu maneələrin quraşdırılması kimi işləri özündə ehtiva edən tikinti meydançasının hazırlanması, mülki-tikinti və torpaq işləri mərhələlərini uğurla bitirib.