"Azərişıq" cəbhə bölgəsində gücləndirilmiş rejimdə işləyir


Digərləri 10 Yan 2018 12:15:00 267 0

"Azərişıq" cəbhə bölgəsində gücləndirilmiş rejimdə işləyir

"Azərişıq" ASC cəbhə bölgəsində gücləndirilmiş iş rejimi ilə işləyir.

Bu barədə Son.az-a ASC-dən məlumat verilib.

Düşmənlə təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndi ərazisində elektrik enerjisinin verilməsinin fasiləsiz təşkili məqsədi ilə həmin kəndi qidalandıran 10 kV Əzizbəyov hava xətlərində 830 ədəd 6 kV izolyator yeni 10 kV izolyatorla dəyişdirilib.

10 kV II Subartezian hava xəttində isə 16 ədəd yararsız ağac dayaq dəmir-beton dayaqlarla əvəz olunub. 0.4 kV şəbəkədə aprel döyüşləri zamanı zədələnmiş naqillər dəyişdirilib, 9 ədəd 10/0.4 komplekt transformator məntəqəsində (KTM) təmir işləri aparılıb. Əhalini keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə tək Füzuli rayonunda 361 ədəd dayaq, 42000 metr naqil, 130 ədəd izolyator dəyişdirilib. Yeni SİP kabellərinin çəkilməsi enerji itkisinin qarşısını xeyli alıb. "Azərişıq" ASC tərəfindən Füzuli rayonunda 18 ədəd transformator məntəqəsi quraşdırılıb.