Statistika "Manchester City"nin xeyrinədir


İdman 10 Yan 2018 11:50:00 288 0

Statistika "Manchester City"nin xeyrinədir

Bu mövsüm İngiltərədə məğlubiyyətin nə olduğunu bilməyən "Manchester City" Liqa kubokunun yarımfinalında baş tutan ilk qarşılaşmada "Bristol City" üzərində qələbə qazanıb - 2:1. Statistika və heyət komandanın finala çıxacağını deməyə əsas verir.  Goal.az xəbər verir ki, "şəhərlilər" 4 dəfə yarımfinalın ilk oyununda qalib gələndən sonra 3 dəfə final oynayıblar. Yalnız 2009/10 mövsümü istisnadır. Həmin vaxt evdə "Manchester United"ə 2:1qalib gələn "City" səfərdə 1:3 uduzmaqla turnirdə mübarizəni dayandırmışdı.