Düz bağırsağında narkotik keçirmək istədi


Kriminal 10 Yan 2018 12:02:00 247 0

Düz bağırsağında narkotik keçirmək istədi

Gömrükdə vətəndaşın daxili orqanında narkotik vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Daha sonra zərurət yarandığından vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib və nəticədə, onun düz bağırsağında narkotik vasitələr - bir ədəd bükümdə xalis çəkisi 9,134 qram olan heroin, digər bükümdə isə xalis çəkisi 4,434 qram olan tiryək aşkar edilib.