Koutinyo: "Ailəm olmasaydı, ola bilsin, "Barcelona"ya keçməyəcəkdim"


İdman 10 Yan 2018 12:09:00 304 0

Koutinyo: "Ailəm olmasaydı, ola bilsin, "Barcelona"ya keçməyəcəkdim"

"Barcelona"nın yeni transferi Filippe Koutinyo klubunu dəyişməsi haqqında danışıb. Goal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu qərarında ailəsinin vacib rol oynadığını qeyd edib.

"Ailəm olmasaydı, ola bilsin, "Barcelona"ya keçməyəcəkdim. Təqdimat mərasimində onların çox xoşbəxt olduğunu gördüm. "Camp Nou"nun qazonuna çıxanda mənə klubun formasını verdilər. Ailəmin çox sevincli olması mənim üçün vacibdir.

Futbol mənə həyatda hər şey verib. Onun sayəsində təhlükəsiz ölkədə yaşayıb ailəmə kömək edə bilərəm.

"Vasco da Gama"dan sonra Milana gəldim. Orda peşəkar futbolçu olduğumu anlamağa başladım. 16 yaşımda "İnter"lə müqavilə imzaladım. Avropaya ilk dəfə gələndə çox həyəcanlı idim. Fərqli ölkədə fərqli mədəniyyətlə əhatə olunmaq bizim üçün çətin idi. Ailəm sadə yaşayıb. Onlardan ayrı qalsaydım, ölərdim.

"Espanyol"da oynadığım vaxt 6 ay Barselonada yaşamışam. Bura gözəl şəhərdir. Barselonaya uzun müddətə gəlmişəm, şəhərin tarixini öyrənmək istəyirəm. "Liverpool"da Stiven Cerrard mənə çox kömək etdi. Ondan çox şey öyrəndim.

Luis Suarezlə eyni komandada oynamağa şadam. O, mənim dostumdur. İspan dilində o qədər də yaxşı danışmıram. Amma Luisin sayəsində bu dili başa düşürəm".