Avropanın mərkəzində "Məmməd Məmmədov" küçəsinin tarixçəsi (FOTO)


Digərləri 10 Yan 2018 11:47:44 216 0

Avropanın mərkəzində "Məmməd Məmmədov" küçəsinin tarixçəsi (FOTO)

2003-cü ildə 80 yaşında dünyasını dəyişmiş “Medo”nun məzarı Hollandiyanın Osterveyk şəhərindəki qəbiristanlıqdadır.

Elxan Ələsgərov - "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru 2003-cü ildə 80 yaşında dünyasını dəyişmiş “Medo”nun məzarı Hollandiyanın Osterveyk şəhərindəki qəbiristanlıqdadır. Bu şəhərdə əfsanəvi döyüşçünün şərəfinə adlandırılan Məmməd Məmmədov küçəsi var. Hollandiyanın Osterveyk şəhərindəki bu küçə park məşhur azərbaycanlı partizan, İkinci Dünya müharibəsi iştirakçısı, Niderland Kral ailəsinin fəxri üzvü hesab edilən, "Oranje Nasau" ordeninə, medallara layiq görülmüş Məmməd Məmmədovun adını daşıyır. 1923-cü ildə Zaqatalada anadan olmuş Məmməd Məmmədov faşist Almaniyasının 1941-ci ilin iyununda SSRİ-yə hücumundan sonra cəbhəyə yollanıb. İki il ərzində bir sıra ağır döyüşlərdə iştirak etmiş soydaşımız Don ətrafındakı hərbi əməliyyatlarda ağır yaralanaraq 1943-cü ildə əsir düşüb. Faşistlər onu Hollandiyaya, Osterveyk şəhərindəki əsir düşərgəsinə göndəriblər. İşğalçılara qarşı mübarizəni davam etdirmək qərarına gələn Məmməd əsir düşərgəsindən qaçmağın yollarını arayıb. Tezliklə buradan qaçan döyüşçü holland partizanlarına qoşularaq faşistlərə qarşı mubarizə aparmışdır. Holland partizanlarının, sonradan isə bu xalqın sevimlisinə çevrilmiş azərbaycanlı qəhrəmana həmin vaxtdan bu ölkənin fəxri vətəndaşı adı verilib. O, döyüşlərdə göstərdiyi şəxsi şücaətlərə görə "Medo" ləqəbini alıb. Niderland Kral ailəsinin şərəf qonağı olmuş Məmməd Məmmədov "Oranje Nasau" ordeninə, müxtəlif medallara layiq görülüb. Məmməd Məmmədov müharibədən sonra uğrunda döyüşdüyü Hollandiyada aparılan bərpa-quruculuq işlərində də yaxından iştirak edib. Daha sonra ayaqqabı fabrikində, kənd təsərrüfatında, polis bölməsində, hətta bir müddət Nevelo şəhərinin uşaq futbol klubunun məşqçisi kimi çalışıb. “Medonun” ölüm günündən 15 il keçmişdir, lakin Vətəni olan Azərbaycan öz qəhrəman övladını unutmamışdır. http://bakunetwork.com Əlaqə üçün: Facebook, Twitter və Youtube Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin