Bakıda güclü külək insanlara təhlükə yaratdı VİDEO FOTO


Digərləri 10 Yan 2018 11:36:00 243 0

Bakıda güclü külək insanlara təhlükə yaratdı  VİDEO  FOTO

Güclü külək Bakıda yeni tikilən binanın dəmir dam örtüklərini uçurub və bu da ətrafdakı insanlara təhlükə yaradıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində baş verib.

Belə ki, ötən gecə güclü külək hələlik tikintisi tam başa çatmamış "Kristal Abşeron"a məxsus çoxmərtəbəli binanın damına vurulan dəmir örtükləri yerə dağıdıb. Dəmir örtüklər yoldan keçən avtomobillərin üzərinə düşüb. Bu da insanlar üçün ciddi təhlükə yaradıb, amma xəsarət alan olmayıb.

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Polis Şövkət Məmmədova küçəsi, o cümlədən Süleyman Sani Axundov küçəsinin hər iki tərəfində postlar qurub. Yolda avtomobillərin hərəkət istiqaməti dəyişdirilib. Yaxınlıqdan keçən insanlar polis müşayiəti ilə aparılıb.

Daha sonra hadisə yerinə binanın tikintisini aparan iş icraçıları gəlib. Usta və fəhlələr binanın damına çıxaraq çətinliklədə olsa təhlükənin qarşısını ala biliblər. 

İş icraçıları "Report"un hadisə yerindəki çəkiliş qrupuna mane olmağa çalışıb. Onlar "təhlükənin qarşısını qabaqcadan almaq olardımı" sualına belə cavab veriblər: "Təbii fəlakətdir belə olmalıdır".


Xəbərə aid fotolar