"The Culture Trip": Azərbaycana gəlmək üçün 11 səbəb (FOTO)


Digərləri 10 Yan 2018 11:28:20 188 0

"The Culture Trip": Azərbaycana gəlmək üçün 11 səbəb (FOTO)

Digər paytaxt şəhərləri ilə müqayisədə Bakı təhlükəsiz məkandır.

Bakı. Digər paytaxt şəhərləri ilə müqayisədə Bakı təhlükəsiz məkandır. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə dünya ölkələrinin mədəniyyətlərindən yazan “The Culture Trip” portalında Azərbaycan haqqında yayımlanan məqalədə bildirilir. Portalda ölkəmiz haqqında silsilə məqalələr yayımlanıb. Məqalələrdə Azərbaycanın görməli yerləri və turizm potensialı barədə ətraflı məlumat verilib. Müəllif Sam Bedford təqdim etdiyi reportajlarında Azərbaycanın təbiəti, paytaxt Bakının simvolu olan Qız qalası, “Alov qüllələri” kompleksi, Atəşgah məbədi barədə ətraflı söz açır. O, Azərbaycanda turistlərin diqqətini cəlb edə biləcək kifayət qədər gözəl məkanların olduğunu vurğulayır.