“Kəpəz” Bakıda iki yoxlama oyunu keçirəcək


İdman 10 Yan 2018 11:07:00 249 0

“Kəpəz” Bakıda iki yoxlama oyunu keçirəcək

Yanvarın 7-də Bakıda təlim-məşq toplanışına başlayan “Kəpəz” paytaxt hazırlığı müddətində iki yoxlama oyunu keçirəcək.

Goal.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” yanvarın 13-də əvəzedici heyət, ayın 15-də isə I divizion təmsilçisi “Sabah”la qarşılaşacaq.

Hər iki oyun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında keçiriləcək. 

Qeyd edək ki, həm əvəzedici heyət, həm də “Sabah”la matç saat 14:00-da başlanacaq.