Musa Tükənovun məhkəməsi başlayıb


Sosial 10 Yan 2018 11:02:53 245 0

Musa Tükənovun məhkəməsi başlayıb

Məhkəmənin baxışı yanvarın 17-nə təyin edilib

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tükənovun cinayət işi üzrə məhkəmə iclasının hazırlıq iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra M.Tükanovun vəkili vəsatət qaldırıb. O, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Vəsatət təmin olunmayıb.

Məhkəmənin baxışı yanvarın 17-nə təyin edilib.

Qeyd edək ki, M.Tükənov 2 nəfər əlil şəxsin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi şikayət əsasında həbs edilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M.Tükənovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma (passiv rüşvətxorluq), təkrar törədildikdə), 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. O, həmin ittihamları qəbul etmədiyini deyib.