U-21 Albaniya ilə qarşılaşacaq


İdman 10 Yan 2018 10:50:00 284 0

U-21 Albaniya ilə qarşılaşacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının daha bir rəqibi müəyyənləşib.

Goal.az-ın məlumatına görə, hazırlıq prosesində 3 yoldaşlıq oyunu keçirəcək Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Albaniya ilə də qarşılaşacaq.

Yığmamız bu ölkənin U-21 komandası ilə 2 dəfə üz-üzə gələcək. Bu matçlar yanvarın 21-də və 26-da baş tutacaq.

Yanvarın 23-də Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma ilə görüşün keçiriləcəyi isə öncədən bəlli idi.

Artıq hər üç oyunun başlama vaxtı da dəqiqləşib. Qarşılaşmaların hamısı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.