"Azərişıq" cəbhə bölgəsində gücləndirilmiş rejimdə işləyir


Digərləri 10 Yan 2018 10:57:00 223 0

"Azərişıq" cəbhə bölgəsində gücləndirilmiş rejimdə işləyir

“Azərişıq” ASC cəbhə bölgəsində gücləndirilmiş iş rejimi ilə işləyir.

Bakı. “Azərişıq” ASC cəbhə bölgəsində gücləndirilmiş iş rejimi ilə işləyir. Bu barədə Trend-ə ASC-dən məlumat verilib. Düşmənlə təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndi ərazisində elektrik enerjisinin verilməsinin fasiləsiz təşkili məqsədi ilə həmin kəndi qidalandıran 10 kV Əzizbəyov hava xətlərində 830 ədəd 6 kV izolyator yeni 10 kV izolyatorla dəyişdirilib.