Ərdoğan və Bahçeli prezident seçkilərinin detallarını müzakirə edəcəklər


Digərləri 10 Yan 2018 10:39:39 183 0

Ərdoğan və Bahçeli prezident seçkilərinin detallarını müzakirə edəcəklər

Ərdoğan və Bahçeli prezident seçkilərinin detallarını müzakirə edəcəklər

Bakı. Rufiz Hafizoğlu - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli prezident seçkilərinin detallarını müzakirə edəcəklər. Trend-in məlumatına görə, görüşün sabah yerli vaxtla saat 16:00-da keçiriləcəyi gözlənilir. Bundan əvvəl D.Bahçeli bəyan etmişdi ki, MHP seçkilərdə Prezident R.T.Ərdoğanı dəstəkləyəcək.