Qırıza 13 sm qar yağıb


Digərləri 10 Yan 2018 10:26:00 255 0

Qırıza 13 sm qar yağıb

Yanvarın 9-u gündüzdən 10-u səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Bakı. Yanvarın 9-u gündüzdən 10-u səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ölkə ərazisində yanvarın 9-u gündüz hava şəraiti əsasən yağmursuz keçib, lakin 9-u axşamdan 10-u səhərədək hava dəyişib, qeyri-sabit olub. Bəzi rayonlarda, Abşeron yarımadası və Abşeron dəniz rayonunda güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda yağış, ayrı-ayrı yerlərdə sulu qar, qar yağıb.