Apellyasiya Məhkəməsinin işçisini maşın vurdu


Digərləri 10 Yan 2018 10:12:00 245 0

Apellyasiya Məhkəməsinin işçisini maşın vurdu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, şəhərin Atatürk prospektində, Gəncə Apellyasiya Məhkəməsinin qarşısında piyada Zaur Quliyevi avtomobil vurub. Xəsarət alan şəxs dərhal xəstəxanaya aparılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, o, Gəncə Apellyasiya Məhkəməsinin işçisidir.