Türkiyədə yük maşını qatarla toqquşdu:


Dünya 10 Yan 2018 10:13:00 303 0

Türkiyədə yük maşını qatarla toqquşdu:

Türkiyənin qərbində Kutahiyə vilayətində yük maşını yük qatarı ilə toqquşub.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində yük maşınında olan 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil. Polis araşdırmaya başlayıb.