Bakıya 2018-ci ilin ilk qarı yağır


Sosial 10 Yan 2018 10:05:47 242 0

Bakıya 2018-ci ilin ilk qarı yağır

Hazırda paytaxtda güclü şimal-qərb küləyi əsir

Bakıya ilin ilk qarı yağır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a bildirilib ki, şaxta az olduğuna görə qar yerdə qalmır.  

Hazırda Bakıda güclü şimal-qərb küləyi əsir. Axşama doğru külək tədricən mülayimləşəcək.

Qeyd edək ki, ETSN bu gün - yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi barədə xəbərdarlıq etmişdi.