Evlənmək istəyən 1333 nəfərdə sifilis, 282 nəfərdə QİÇS aşkarlanıb


Digərləri 10 Yan 2018 09:55:00 241 0

Evlənmək istəyən 1333 nəfərdə sifilis, 282 nəfərdə QİÇS aşkarlanıb

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 31 dekabr 2017-ci ilə kimi müayinədən 364 284 nəfər keçib.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib ki, indiyə qədər tibbi müayinədən keçmiş 14074 nəfərdə talassemiya daşıyıcılığı, 1333 nəfərdə sifilis, 282 nəfərdə isə QİÇS aşkarlanıb.

Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 131 olub.