İrəvanda qiymətlərin artmasına qarşı etiraz yürüşü keçiriləcək


Dünya 10 Yan 2018 09:18:00 246 0

İrəvanda qiymətlərin artmasına qarşı etiraz yürüşü keçiriləcək

Ermənistanın paytaxtı İrəvanda yanvarın 19-da qiymətlərin artmasına qarşı etiraz yürüşü keçiriləcək.

Son.az APA-ya istinadən xəbər verir ki,  bu barədə "News.am"-a "Çıxış" siyasi blokun mətbuat xidmətindən bildirilib.  

Qeyd edək ki, son günlərdə Ermənistanda istehlak mallarının kəskin bahalaşması cəmiyyətdə etiraz dalğasına səbəb olub.