Motosiklet divara çırpılıb, sürücü xəsarət alıb
Digərləri 10 Yan 2018 08:49:00 250 0
Motosiklet sürücüsü bədəninin çoxsaylı sınıqları xəstəxanaya yerləşdirilib
Bakının Sabunçu rayonunda motosiklet divara çırpılıb.
Son.az report.az-a istinadən bildirir ki, hadisə Nardaran qəsəbəsində baş verib.
Belə ki, 1974-cü il təvəllüdlü Şəhrahi Nəsir Əli oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən yol kənarındakı daş hasara çırpılıb. Nəticədə o, ağır bədən xəsarətləri alıb.
N. Səhrahi bədənin çoxsaylı sınıqları xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
Mənbə: milli.az