Bağlı qapı arxasında qalan uşaq xilas edildi


Digərləri 10 Yan 2018 08:12:00 257 0

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və uşağı aidiyyəti üzrə təhvil verib.