Polisə dəstək üçün "ağıllı" CİHAZ


Digərləri 10 Yan 2018 07:55:00 224 0

Polisə dəstək üçün "ağıllı" CİHAZ

Böyük Britaniyada polisin çağrı xidmətinin səlahiyyətlərini yüngülləşdirmək məqsədilə yeni kolonkalardan istifadə ediləcək.

Son.az xəbər verir ki, Böyük Britaniyanın Lankşir qraflığının Polis İdarəsi "Amazon" şirkəti tərəfindən istehsal edilən "Amazon Echo" kolonkalarından itkin düşən və axtarışda olan cinayətkarların qarşısını almaq və əhalini məlumatlandırmaq üçün istifadə edəcək.

Bundan başqa kolonkalar vasitəsilə faydalı olacaq bir sıra təhlükəsizlik qaydaları mütəmadi olaraq əhalinin diqqətinə çatdırılacaq. "Ağıllı" kolonka polis əməkdaşlarına kriminal aktivlik barədə informasiya verərək baş verən hadisələr haqda operativ məlumatlar təqdim edəcək.