Nardaranda motosiklet divara çırpılıb, sürücü xəsarət alıb


Sosial 10 Yan 2018 06:49:37 245 0

Nardaranda motosiklet divara çırpılıb, sürücü xəsarət alıb

Motosiklet sürücüsü bədəninin çoxsaylı sınıqları xəstəxanaya yerləşdirilib

Bakının Sabunçu rayonunda motosiklet divara çırpılıb.

"Report" xəbər verir ki, hadisə Nardaran qəsəbəsində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Şəhrahi Nəsir Əli oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən yol kənarındakı daş hasara çırpılıb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. 

N. Səhrahi bədənin çoxsaylı sınıqları xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı hadisənin baş verdiyi əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin olunub. 

Araşdırma aparılır.