Dünyada ilk sosial şəbəkə lifti yaradılıb


Digərləri 10 Yan 2018 05:30:00 257 0

Dünyada ilk sosial şəbəkə lifti yaradılıb

Vantaadakı Myuyurmyaki ticarət mərkəzində (TM) quraşdırılmış liftin xüsusi ekranında bu ticarət mərkəzinə gələnlərin qeyd olunduğu sosial şəbəkələrdən mətnlər və fotoşəkillər nümayiş etdirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ekranda nümayiş etdirilən materiallar arasında Myuyurmyaki ticarət mərkəzinə gələnlərin İnstaqram fotoları və Feysbuk statusları var.

Layihə müəlliflərinin fikrincə, bu yenilik ticarət mərkəzinin müştəriləri arasında əlaqə yaratmalı, onların alış-verişini rahatlaşdırmalıdır. Satıcılar sosial şəbəkə liftinin köməyi ilə öz mallarını reklam etmək üçün yeni imkanları sınaqdan keçirirlər.

Vantaada quraşdırılmış lift dünyada bənzəri olmayan bir yenilikdir.