ABŞ və Qazaxıstan prezidentləri görüşəcək


Dünya 10 Yan 2018 05:18:00 242 0

ABŞ və Qazaxıstan prezidentləri görüşəcək

Prezidnetlər regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi üzrə yolları müzakirə edəcək

ABŞ prezidenti Donald Tramp Vaşınqtonda Qazaxıstandan olan həmkarı Nursultan Nazarbayevlə görüş keçirəcək.

"Report" RİA "Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, prezidentlər regional təhlükəsizlik, iqtisadi əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi yolları ətrafında müzakirə aparacaqlar.

D.Tramp ilə N. Nazarbayev həmçinin Qazaxıstanın BMT TŞ-a sədrliyini, xüsusilə Əfqanıstan kimi beynəlxalq məsələlərin həlli istiqamətində liderliyini müzakirə edəcəklər. Görüşdə həmçinin ikitərəfli münasibətlər, o cümlədən nüvə silahının yayılmaması diqqət mərkəzində olacaq.