Tramp: "Meksika ilə sərhəd hasarı olmasa, təhlükəsizlikdən söhbət gedə bilməz"


Dünya 10 Yan 2018 03:28:18 243 0

Tramp: "Meksika ilə sərhəd hasarı olmasa, təhlükəsizlikdən söhbət gedə bilməz"

Trapm administrasiyası Konqressdən Meksika ilə sərhəddə hasarın insasının ilkin mərhələsi üçün 18 milyard dollard maliyyə ayrılması üçün müraciət edib

"Amerikalıların Meksika ilə sərhəddə fiziki maneənin inşasına ehtiyacı var, çünki bu onların təhlükəsizlik maraqlarına cavab verir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə konqresmenlərlə görüşündə bəyan edib.

"O bizə lazımdır. Mən hasarı inşa etməmək istərdim, lakin bizə hasar lazımdır. Əgər sizdə hasar yoxdursa, təhlükəsizlikdə ola bilməzsiniz", – deyə D. Tramp bildirib.

Ötən həftə Tramp administrasiyası Konqresə Meksika ilə sərhəddə hasarın inşasının ilkin mərhələsi üçün 18 milyard dollar maliyyə ayrılması üçün müraciət edib. Hasarın inşasının 2027-ci ildə yekunlaşacağı bildirilir. Həmin dövrədək dövlət sərhədinin yarıdan çoxu - 3,2 min km məsafə süni maneələrlə müdafiə olunacaq.