Mingəçevirdə 26 yaşlı gənc müəmmalı şəkildə ölüb


Sosial 10 Yan 2018 01:48:42 233 0

Mingəçevirdə 26 yaşlı gənc müəmmalı şəkildə ölüb

Təbiət Zərbalıyev kirayədə yaşadığı mənzildə ölmüş vəziyyətdə aşkarlanıb

Qobustan sakini Mingəçevirdə kirayədə qaldığı mənzildə ölü vəziyyətdə aşkar edilib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında, şəhərin Şah İsmayıl Xətai küçəsi 15 ünvanında qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Təbiət Mayıl oğlu Zərbalıyev həmin binada kirayədə yaşadığı mənzildə ölmüş vəziyyətdə aşkarlanıb. Onun hansı səbəbdən dünyasını dəyişməsi hələlik məlum deyil.

Məlumata görə, əslən Qobustan rayonundan olan T. Zərbalıyev Yevlağın Aran qəsəbəsində fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşı olub.

Faktla bağlı araşdırma aparılır.