Son illər Ermənistanın 15 mindən çox sakini vətəndaşlıqdan imtina edib
Dünya 09 Yan 2018 22:44:06 353 0
"Vətəndaşlıqdan imtina edən şəxslərin əksəriyyəti bunu hərbu qulluqdan boyun qaçırmaq üçün edib"
"Report" xəbər verir ki, bu barədə "NEWS.am"-a Ermənistan Polisinin Pasport və Viza Məsələləri üzrə Departamentindən bildiriblər.
Məlumata görə, 2017-ci ildə 3823 şəxs quruma vətəndaşlıqdan imtina edilməsi ilə bağlı müraciət göndərib
Qurum 2012-ci ildə bununla bağlı 968 ərizə, 2013-ci ildə 1461, 2014-cü ildə 2407, 2015-ci ildə 2487, 2016-cı ildə 3863, 2017-ci ildə isə - 3823 ərizə qəbul edib. Beləliklə, 2012-ci ildə ölkədə keçirilən seçkilərdən sonra - 2017-ci ilədək, yəni hakimiyyətdə Respublika Partiyasının olduğu dövrdə, 15000-dən çox şəxs Ermənistan vətəndaşlığından imtina edib.
Hakim Respublika Partiyasının nümayəndəsi, deputat Alik Sarqsyanın qənaətincə, vətəndaşlıqdan imtina edən şəxslərin əksəriyyəti bunu hərbu qulluqdan boyun qaçırmaq üçün edib.