Qadının kişi ilə münasibətinə artıq çəkinin


Digərləri 09 Yan 2018 22:46:00 216 0

Qadının kişi ilə münasibətinə artıq çəkinin

Artıq çəki problemi demək olar ki, hər qadını bu və ya digər dərəcədə narahat edir. Dietoloqlar, psixoloqlar, fizioloqlar uzun illərdir ki, bu problemi həll etməyə çalışır. Bunun üçün qadınlara min bir üsul təklif olunur. Lakin hələ də problem öz həllini tapmayıb.

Çoxları artıq bilir ki, arıqlamaq üçün satılan bütün vəsaitlər müəyyən müddət təsir göstərir. Əldə edilən nəticəni saxlamaq üçünsə çoxlu qüvvə və enerji xərclənir. Hər zaman kalorini hesablamaq, özünü yeməkdən məhdudlaşdırmaq, idmanla məşğul olmaq, ağır pəhrizlər saxlamaq lazım gəlir. Bütün bunlarsa insan enerjisini yorur...

Son.az publika.az-a istinadən xəbər verir ki, 7 il qadın psixologiyasının və qadın-kişi münasibətlərinin öyrənilməsindən sonra mütəxəssislər bu qənaətə gəlib ki, qadın və kişi enerjiləri arasında balansın pozulması çəkinin artmasına səbəb olur. Xüsusən də qadınların çoxu 40 yaşdan sonra artıq çəkidən əziyyət çəkməyə başlayır, süstlük, yorğunluq, depressiya və tənbəllik kimi fəsadlar özünü göstərir. Psixoloqlar bildirib ki, artıq çəki, tənbəllik və depressiya qadın enerjisinə birbaşa təsir göstərir. Depressiyanın əlamətlərindən biri də fəallığın azalmasıdır.

Xatırlatmaq lazımdır ki, kişi enerjisi - yan adlanır. Yan enerjisi işığı, günəşi, məntiqi, fəallığı, hərəkəti, sürəti, gücü və istəyi təmsil edir.

Qadın enerjisi isə in adlanır. Bu, Ayı, qaranlığı, passivliyi, ürəyi, hissləri, yumşaqlığı, xəyalpərəstliyi və introvertliyi təmsil edir. Passivlik və tənbəllik bir qadın üçün təbiidir.

Bəs qadın təbiəti özünə enerji yığmaq üsulunu tapmağa çalışmır?

İndi isə torpağın altında dərin kökləri olan ağac təsəvvür edin. Ağacın yaşaması üçün nə lazımdır? Birinci, yaxşı torpaq, su və hava, sonra isə günəş. Toxum öz inkişafına torpaqda başlayır və bu dövrdə onu çox sulamaq olar.

Torpaq və su sırf qadın ünsürləridir. Bəs su olmasa, nə baş verər? Əlbəttə ki, toxum göyərməyəcək və ağac quruyacaq.

Əgər bitkilər quraqlıq ərazilərdə bitirsə, təkamül prosesində onlar su çatışmazlığına qarşı adaptasiya olurlar. Yarpaqlarında və gövdələrdə su ehtiyatı yığmağa vərdiş edirlər. Belə bitkilərin su ehtiyatı üçün xüsusi tikanları var. Bizim orqanizm də bu prinsip üzrə qurulub.

Suyun orqanizmə faydaları haqqında indi çox danışırlar. Gün ərzində 1,5-dən 2 litrə qədər təmiz su içmək lazımdır. Əgər siz bunu heç vaxt etməmisinizsə, onda birinci ay sizi şişkinlik gözləyir. Daim su içmək vərdişi olmayan insanlar bir müddət şişkinlik problemi ilə qarşılaşacaq, çünki orqanizm su çatışmazlığı rejimində olacaq və qəbul etdiyi suyu ehtiyatda saxlamağa başlayacaq.

Əgər bədəndə kifayət qədər su varsa, onu saxlamağa ehtiyac da yoxdur. Artıq çəki həyat fəaliyyəti və lazım olan enerjini saxlamaq üçün orqanizmin uyğunlaşmasıdır.

Bundan başqa kişi enerjisini yalnız qadın enerjisi bəsləyir. Artıq çəki qadında pis əhvali-ruhiyyə yaradır ki, bu da tez-tez depressiyaya səbəb olur. Artıq çəki hər cür fəallığı avtomatik olaraq məhdudlaşdırır və tənbəlliyə gətirib çıxarır.

Kişi fəallığı və gündüzü təmsil edir, amma passiv istirahət etmədən heç bir aktivlik mümkün deyil. Gecə düşmədən gün gəlmir. Nəticə etibarı ilə qadının passiv enerjisi kişinin fəallığı üçün ona enerji ötürür.

Qadının ehtiyat enerjisi tükənəndə orqanizmdə heç nə qalmır və toxumalarda yağ toplanır. Köklük isə həmişə tənbəllik və az dəyişkənliklə müşayiət olunur.

Boş vaxtı olan kimi qadınların çoxu bütün günü divanda uzanaraq keçirmək istəyir. Çünki qadın enerjisi sakitlik və dinclik deməkdir. Qadın enerjisi tükənmək üzrə olanda orqanizm onu saxlamaq rejimində işləməyə başlayır. Tənbəllik, süstlük, passivlik, depressiya kimi xəstəliklər də qadın enerjisinin sakitliyə ehtiyacı üzündən baş verir. İstirahət edə bilməyən qadına sevinc gətirən şeylər də get-gedə azalır.

Artıq çəki, tənbəllik, passivlik və tənhalıqdan xilas olmağın yeganə üsulu qadının öz enerjisini özünə qaytarmaqdır.

Bəs qadın enerjisini necə bərpa etmək olar? Artıq çəki, tənbəllik və depressiyadan necə xilas olmalı?

1. Bədəninizə ehtiyacı olduğu dincliyi verin. Bütün yükü öz çiyinlərinizdə çəkməyi dayandırın və özünüzə qulluq edin. Həddən artıq fəallıq bizi rahatlıq və sakitlidən uzaqlaşdırır. Yalnız daxili sakitliyini dinləyən qadın öz ruhu ilə təmasa keçə bilər. Tənhalıq və düşünmək üçün vaxt tapın.

2. İstirahət günlərini təmiz havada, təbiət qoynunda keçirməyə çalışın, çayın və dənizin kənarında oturub suyun səsini dinləyin. Çəmənlikdə ayaqyalın gəzməyə çalışın, ya da meşədə alovun yanında oturun.

3. Öz əllərinizə görə biləcəyiniz məşğuliyyət tapın. Bu, rəsm, nə isə toxumaq, muncuq tikmək və ya sevdiyiniz hər hansı yeməyin hazırlanması ola bilər.

4. Yoqa və tənəffüs gimnastikasına başlayın. Çox ağır məşqlərlə yüklənmək lazım deyil. Güc tələb edən məşqlər qadın enerjinin toplanmasına xidmət etmir.

5. Mütləq maraqlı qadın ədəbiyyatları oxuyun. Zaman-zaman nağıllar oxumaq çox faydalıdır.