Yaponiyalı astronavtın boyu kosmosda 9 sm uzanıb
Digərləri 09 Yan 2018 22:14:00 264 0
Yaponiyalı astronavt Norişiqe Kanainin boyu üç həftə ərzində kosmosda 9 sm uzanıb.
Son.az "Report"a istinadən bildirir ki, o, bu barədə "Twitter" səhifəsində yazıb. "Bir az narahatam, görəsən, "Soyuz"un kreslosuna yerləşəcəm, ya yox", - N.Kanai zarafatla qeyd edib. Astronavt bildirib ki, məktəb yaşlarından sonra ilk dəfədir kosmosda olduğu müddətdə boyu uzanıb.
Mənbə: milli.az