Bakıda binada yanğın olub, 10 sakin təxliyə edilib


Digərləri 09 Yan 2018 21:53:00 182 0

Bakıda binada yanğın olub, 10 sakin təxliyə edilib

Bakı və Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.

Son.az FHN-nin saytına istinadən bildirir ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində sayğac və 30 p.m elektrik kabeli yanıb. Yanğın zamanı mənzillərdən 10 nəfər sakin təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​ Mingəçevir şəhərində ümumi sahəsi 15 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.