"İranda sosial inqilab görməyə şad olardım"


Dünya 09 Yan 2018 21:14:00 267 0

"İranda sosial inqilab görməyə şad olardım"

İsrailin kəşfiyyat xidmətinin rəhbəri bildirib ki, İranda kütləvi etiraz çıxışları nəticəsində "Ayətullah rejimi hakimiyyətdən gedən deyil".

Mossad xidmətinin direktoru İranda yaranmış vəziyyəti Maliyyə Nazirliyində keçirilən görüş vaxtı dəyərləndirib, israelnationalnews.com saytı xəbər verir.

"Yüksək gözləntilər bəslənilməməlidir, hərçənd ki mən, İranda sosial inqilab görməyə şad olardım. Bu hələ də baş verə bilər".

Yossi Cohen-ə əsasən İran vətəndaşlarını etirazlara sövq edən iqtisadi vəziyyətlə bağlı gözləntilərin doğrulmadığı olub.

İranda etiraz vaxtı 20-dən artıq adam həlak olub.

Mossad-ın direktoru deyib ki, İran daxilində onun "göz və qulaqlar"ı var.

"Bizim hətta İranda göz və qulaqlarımız var", Yossi Cohen-dən Jpost.com iqtibas gətirir.